2 Dekabr 2021 15:40
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi narkomaniyaya qarşı mübarizə ilə bağlı videoçarx hazırlayıb.

Teleqraf.com xəbər verir ki, videoçarxda narkomaniyanın həyatımıza, sağlamlığımıza və gələcəyimizə vurduğu ziyanlar qeyd olunub.

Dövlət Gömrük Komitəsi bu bəşəri bəlaya qarşı mübarizədə müasir texnologiyalardan, əməliyyat axtarış sistemlərindən, gömrük nəzarəti vasitələrindən istifadə edir. Komitə tərəfindən 2018-2021-ci illər ərzində ümumilikdə 7 tondan artıq narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Aşkarlanan narkotik vasitələrin 90 faizini daha təhlükəli narkotik hesab olunan heroin təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər