Penitensiar Xidmətinin 4 saylı Cəza çəkmə müəssisindən 65 qadın məhkuma amnistiya aktı şamil edilir.
Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
Qeyd edib ki, 40 məhkum qadının cəzası 6 aya qədər azaldılıb.
Aynur Sabitovanın sözlərinə görə, 24 qadın məhkum cəzadan azad edilib, 1 qadın məhkum isə narkomaniyadan müalicəyə göndərilib.
Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.
Xatırladaq ki, 5 noyabr tarixindən başlayan amnistiya 4 ay müddətində davam etdiriləcək.