5 Dekabr 2021 09:14
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulaqlara düzgün qulluq etmək sağlamlığın əsas şərtlərindəndir.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər qulaqlara qulluq haqqında yanlış 10 faktı qeydə alıblar.

1. Qulaq yuyulmamalıdır, əks halda vərdiş halını alacaq.

Qulaqda yığılan kir müntəzəm təmizlənməlidir. Təmizlənmədikdə daha çox toplana və karlığa səbəb ola bilər. Əgər eşitmə cihazından istifadə edirsinizsə, qulaqda yığılan kir eşitmə cihazınızın işinə təsir edə və daha az eşitməyinizə səbəb ola bilər.

Qulağınıza kir yığıldıqda, LOR həkimləri tərəfindən təmizlənməlidir.

2. Eşidirəm, amma başa düşmürəm, eşitməyim pis deyil, ona görə də qulaq aparatına ehtiyacım yoxdur.

Eşitmə probleminin ən çox müşahidə olunan əlamətlərindən biri də “eşidirəm, amma başa düşmürəm” şikayətidir.

Əgər belə şikayətiniz varsa, eşitmə problemi ola bilər. Bu, gündəlik həyatda bəzi problemlərə səbəb ola bilər.

3. Eşitmə cihazlarının taxılması eşitməyə daha çox zərər verə bilər.

Uzunmüddətli eşitmə problemi olan insanlar yüksək tonda səsləri eşitməkdə çətinlik çəkirlər. Kondisioner və kompüter kimi cihazların səslərini bu insanlar eşitmir.

Cihaz ilk dəfə taxıldıqda insanlar səsləri normal insanlar kimi eşitsələr də, bu səslərin onlar üçün çox yüksək tonda olduğunu düşünürlər.

4. Bütün eşitmə cihazları eynidir, biri məni qane etmirsə, digər şəxsi də qane etməyəcək.

Eşitmə cihazlarının bir çox fərqli markası və modeli var. Ola bilsin ki, sizə uyğun olmayan eşitmə cihazını sınaqdan keçirmisiniz.

Sizin üçün ən uyğun eşitmə cihazı model variantları, texniki xüsusiyyətlər və eşitmə qabiliyyyətinin zəifləməsi dərəcəsi nəzərə alınmaqla, mütəxəssislər tərəfindən müəyyən edilməlidir.

5. Eşitmə cihazlarından yalnız yaşlılar istifadə edir.

Eşitmə cihazları eşitmə problemi olan hər bir şəxs tərəfindən istifadə edilməlidir. Eşitmə qabiliyyyətinin zəifləməsi qocalma ilə, eləcə də doğuşdan, qızdırmalı xəstəlikdən sonra və ya qəza/travma kimi səbəblərə görə baş verə bilər.

Bu səbəbdən eşitmə problemi olan hər kəsin daha yaxşı eşitməsi üçün cihazdan istifadə etməsi zəruridir.

6. Tinnitusun (qulaqda uğultu) müalicəsi yoxdur.

Tinnitus bir çox səbəbdən yarandığı üçün konkret dərman müalicəsi yoxdur. Düzgün eşitmə cihazlarından qaydasında istifadə eşitmə qabiliyyyətinin zəifləməsi nəticəsində yaranan tinnitus problemlərinin həlli ola bilər.

7. Eşitmə cihazlarının görünüşü kobud və narahatdır.

Son dövrlərə qədər eşitmə cihazları kobud və böyük görünürdü. Bu görüntülər istifadəçiləri də narahat edirdi. İnkişaf edən texnologiya ilə cihazlar indi daha kiçik və daha faydalı hala gətirilib.

8. Bir cihazdan istifadə kifayətdir, iki eşitmə cihazından istifadə lazımsızdır.

İnsan bədənində cüt sayda orqanlar bir-biri ilə bağlı işləyir. Məsələn, iki gözlə görmək bir gözlə görməkdən fərqlidir. Qoşa gözlərlə birlikdə daha aydın və daha geniş bucaqlı görə bilirik. Hər iki qulaqla eşitmək də buna bənzəyir.

9. Eşitmə cihazları çox bahadır.

Eşitmə cihazlarının qiymətləri marka, model və texniki xüsusiyyətlərə görə dəyişir.

10. Eşitmə cihazlarını internetdən, apteklərdən və ya tibb şirkətlərindən ala bilərəm.

Eşitmə cihazlarınızı eşitmə sağlamlığı üzrə ixtisaslaşmış satışı və tətbiqi mərkəzlərindən əldə edə bilərsiniz.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər