12 Dekabr 2021 13:28
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir".

Teleqraf.com-un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin qız hazırda psixoloji reabilitasiya dövrü keçir.

"Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək", - Komitə sədri bildirib.

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər