"Turizm haqqında" qanun layihəsi yaxşı hazırlanıb, amma turizmdə hava nəqliyyat xərcləri mühümdür. Qardaş Türkiyə ilə uçuş xərcləri necədir? Ölkəmizə ən çox turist Türkiyədən gələ bilər. Bizimlə Türkiyə arasındakı məsafədən daha uzun məsafəyə Türkiyədən biletlər daha ucuzdur. Hesab edirəm ki, bunlar vacib məqamlardır. Bu məsələnin Türkiyə ilə bir əlaqəsi də yoxdur. Daha çox bizim hava nəqliyyatına məsul qurumlarla əlaqəlidir. Bu məsələlərə baxılmalıdır”.
Teleqraf.com xəbər verir ki. Bunu Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri deyib ki, başqa ölkələrə 70-80 ölkədən sərbəst gəliş-gediş var: “Bizdə isə cəmi 10 ölkədən vizasız gediş-gəliş mümkündür. Məncə, bu da mühüm istiqamətdir”.
Deputat qeyd edib ki, regional hava limanlarında qiymətlər ucuz olmalıdır: “Dövlət bura böyük yatırımlar edib, limanlar effektiv işləməlidir. Mən Özbəkistana səfərə getmişdim. Sonra oradan bəzi insanları bura dəvət etdim. Dedilər ki, 1,5 saat yolu 10 saata gəlməliyik. Ən vacibi qiymət təxminən ABŞ-a səfər biletinə bərabərdir”.