Dünyada təxminən 322 milyon insan depressiyadan əziyyət çəkir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
COVID-19 pandemiyası səbəbilə son 2 il ərzində depressiyadan əziyyət çəkənlərin sayı 28 faiz artıb.
Mütəxəssislərin araşdırmalarına görə, insanların böyük qismində ölüm qorxusu artıb. Pessimist, depressiyaya düşmüş, həyatda qalmağa marağı azalan insanların sayı çoxalıb.
Ekspertlər hesab edirlər ki, bu hal orqanizmə də mənfi təsir göstərir. Belə ki, iştahsızlıq birbaşa çəki itkisinə, immunitetin zəifləməsinə yol açır. İnsanların əksəriyyətinin yuxu rejimi pozulub. Bəzi adamlar bütün gün ərzində sadəcə yatırlar. Belə davam etməsi isə insanlarda intihara meyilliliyi artırır.
Məsələ ilə bağlı həyəcan təbili çalan ekspertlər insanların psixoloji müalicə almasını vaicb hesab edirlər.