15 Dekabr 2021 14:56
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun Omikron ştammı əvvəlki mutasiyalarla müqayisədə daha yoluxucudur, amma yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə ehtimalı delta ştammı ilə müqayisədə daha azdır.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqatlara görə, delta ştammına yoluxan insanların omikron ştammına yoluxma şansı 40 faiz, COVID-19-a təkrar yoluxma şansı isə 60 faizdir.

Tədqiqatlar nəticəsində məlum olub ki, 5 əsas simptom omikron mutasiyanın qeydə alınmasında əsas faktorlardan biridir. Bunlar boğazda qaşıntı hissi, quru öskürək, yorğunluq, yüngül əzələ ağrıları, gecə tərləmələri kimi əlamətlərdir.

Ekspertlər hesab edirlər ki, 2 doza vaksin omikron ştammına qarşı təsirli olmayacağı üçün üçüncü doza vacibdir.

Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin ilkin araşdırmalarına əsasən, iki doza Pfizer vaksini omikron ştammına qarşı 30-40 faiz qorunma təmin edir. Eyni analizə görə, Pfizerin 3-cü dozasından sonra bu göstərici 75 faizə qədər yüksəlir.

Cənubi Afrika Səhiyyə Nazirliyinin Məsləhət Komitəsinin mütəxəssisləri bildiriblər ki, yeni ştamm 40 yaş və daha gənc insanlar arasında daha çox yayılıb. Bu yaş qrupundan vaksinasiya göstəricisi aşağı olduğu üçün, yoluxma sayı da daha yüksəkdir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, omikron ştammı 77 ölkədə yayılıb: “Bu virus çox sürətlə yayılır. Ölkələrin iqtisadi böhrandan tək çıxış yolu peyvənddir. Bununla yanaşı, social məsafə, maska taxmaq, gigiyena qaydalarına riayət etmək də vacibliyini qoruyur. 41 ölkə hələ də əhalisinin 10 faizini peyvənd edib, 98 ölkənin əhalisinin 40 faizi peyvəndlənib. Ölkələrin əhaliləri arasında peyvəndləmədə ciddi bərabərsizlik müşahidə olunur. Bu bərabərsizliyə son versək, COVID-19 pandemiyası ilə vidalaşa bilərik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər