18 Dekabr 2021 17:52
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Omikron ştammının çoxsaylı mutasiyası virusun insanlardan siçanlara və əksinə dəfələrlə ötürülməsi ilə əlaqədar ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Corc Meyson Universitetinin (Virciniya, ABŞ) Sistem Biologiyası Məktəbinin professoru, Rusiya Elmlər Akademiyasının Tibbi Genetika Elmi Mərkəzinin funksional genomika laboratoriyasının baş elmi işçisi Ança Baranova bildirib.

Bioloq öz qənaətini Vaşinqton Universiteti mütəxəssislərinin omikron ştammının yeni xüsusiyyətləri haqqında məqaləsi əsasında çıxarıb.

“Alimlər göstəriblər ki, omikron bu reseptoru təkcə insanlarda deyil, siçanlarda da tanımağı öyrənib. Çox güman ki, omikronun əcdadı bir neçə dəfə insanlardan siçanlara və əks tərəfə keçib. Nəticədə S-zülal siçanlardakı reseptorlara uyğunlaşıb. O, insanlara daha yaxşı uyğunlaşıb”, - deyə Baranova deyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər