23 Dekabr 2021 20:26
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun Çaylı kəndində Laçın rayonundan məcburi köçkün Mahmudov Şəhriyar Mahmud oğlunun 5 nəfər ailə üzvü ilə birlikdə müvəqqəti məskunlaşdığı, ümumi yaşayış sahəsi 99.3 kvadrat metr olan fərdi evdə 15 sentyabr 2021-ci ildə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, 4 otaqlı fərdi evin içərisindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşdüyünü qeydə alıblar.

Sentyabrın 22-də Dövlət Komitəsi tərəfindən evin təmirinə başlanılıb. Yanmış otaqların döşəməsi, tavanı, qapı və pəncərələri yenilənib, divarlar oboyla üzlənib, dam örtüyünə rəngli metal təbəqələr vurulub, evin ətrafında səkilər betonlanıb. Ev tam təmir olunmuş vəziyyətdə ailəyə təhvil verilib.

Qeyd edək ki, Şəhriyar Mahmudovun qardaşı Bəxtiyar Mahmudov 21 fevral 2021-ci ildə Suqovuşanda mina partlaması nəticəsində həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər