24 Dekabr 2021 16:15
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab İlham Əliyev Vətən müharibəsində təkcə Prezident, Ali Baş Komandan kimi deyil, həm də diplomatiya və informasiya cəbhəsində uğurlu fəaliyyət ilə yadda qaldı, ölkə vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlılarını öz ətrafında səfərbər edib qələbə qazanmağa nail oldu. Düşmən bunu gözləmirdi. "Dəmir Yumruq" onların başına elə dəydi ki, hələ də özlərinə gələ bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Prezident: Zəfərə davam, Zəfərə inam!" adlı icmal tədbirində deyib.

Emil Hüseynov qeyd edib ki, müharibə düşmənin kapitulyasiya aktını imzalaması ilə döyüşlər bitsə də, bir sıra sahələrdə müharibə hələ də davam edir: "Biz indi ərazilərimizin bərpası, vətəndaşlarımızın qayıdışı üçün mücadilə veririk. Quruculuq və bərpa işləri olmasa, qazanılmış qələbə zəifləyər. Qarabağın bərpası isə bizim mənəvi və müqəddəs borcumuzdur. Bu, iş xatirinə deyil, elə bir səviyyədə həyata keçirilməlidir ki, həm dayanıqlı olsun, həm də bizi gözü götürməyən qüvvələrə, düşmənə zərbə olsun".

Emin Hüseynov bildirib ki, Qarabağda son bir il ərzində bütün dünyanı heyrətə gətirən layihələr həyata keçirilib: "Bunu heç kəs gözləmirdi. Artıq Füzuli Beynəlxalq Hava Limanı inşa olundu. Sanki Heydər Əliyev adına hava limanının kiçik formasıdır. Təsəvvürə belə gəlməz ki, qısa zamanda minalarla dolu ərazidə bütün bu işlər həyata keçirilib.

Bu gün insanların həyatının təhlükəsizliyini təmin etmək üçün Ağdam, Füzuli, Cəbrayıl və digər rayonlarımızda gecə-gündüz minatəmizləmə işləri həyata keçirilir. Qarabağda yol infrastrukturu, elektrik enerjisi infrastrukturunun qurulması və bu kimi vacib proseslər uğurla aparılır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər