İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.
Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram".