18 Noyabr 2014 15:03
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Noyabrın 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov qonaqlara respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini diqqətə çatdıran Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ölkəsinin əlaqədar qurumlarının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər