29 Dekabr 2021 12:02
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari iI ərzində bütün ölkə üzrə sosial ödənişlərin təyinatının mərkəzləşdirilməsi işi davam etdirilib. Sosial ödənişlərin təyinatının mərkəzləşdirilməsi şəffaflıq və vətəndaş məmnuniyyətini təmin etməklə qanunauyğun olmayan təyinatların qarşısının alınmasını təmin edir.

Teleqraf.com xəbər verir ki, bunu "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, cari il ərzində sosial ödənişlər üzrə arxiv sənədlərinin mərkəzləşdirilməsi işləri davam etdirilib: "Arxiv işlərinin mərkəzləşdirilməsi maliyyə sənədi kimi qiymətləndirilən bu sənədlərin saxlanılmasına nəzarəti təmin etməklə saxtalaşdırılmanın qarşısını alıb.

Cari il ərzində ünvanlı dövlət sosial yardımının təyinatı üçün ev şaraitinin yoxlanılması işinin ölkə üzrə mərkəzləşdirilməsi işləri davam etdirilib. Ünvanlı dövlət sosial yardımı üzrə ev şəraitinin yoxlanılması işinin mərkəzləşdirilməsi bu sahədə şəffaflığı təmin etməklə bərabər, ünvanlı yardımın haqqı olan ailələrə verilməsini təmin edib".

O qeyd edib ki, cari il ərzində Fondun regional bölmələri Azarbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğunlaşdırılıb: "Fondun regional bölmələrinin ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılması struktur bölmələrin faaliyyətinin optimallaşdırıllmasına, habela idarəetmənin takmilləşdirilməsinə imkan verəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər