Aztəminatlı ailələrə maddi yardımın verilməsi üçün sərəncam imzalanıb.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə bu ailələrə 100 manat birdəfəlik bayram yardımı göstəriləcək: "Son 3 illə müqayisədə bayramla bağlı ödənilən müavinətlərdə 80 faiz artım müşahidə olunub.
Birdəfəlik yardımın göstərilməsi həssas təbəqəni bayramqabağı sevindirəcək. Sırf bu məqsədlə birdəfəlik yardıma prezidentin tapşırığı ilə 4,8 milyon manat ayrılacaq. Cari il ərzində sosial xəcrləin ödənməsi üçün 1,5 milyard manat vəsait ayrılıb".