“Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”.
Teleqraf.com “Haber Global”a istinadən xəbər verir ki, bu fikirləri ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus deyib:
“Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və “Omikron” ştamının meydana çıxmasına gətirdi. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski artacaq. Bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq”.