Səhiyyə naziri Oqtay Şirəliyev 21 noyabr 2014-cü il tarixində saat 12:00-da Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verlilib. Nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Naibə QURBANOVA