Hepatit B qaraciyər serrozuna və ya xərçənginə səbəb olan ciddi infeksion xəstəlikdir.
Teleqraf.com xəbər verir ki, Hepatit B-li insanların böyük qismi bundan xəbərsizdir və bu səbəbdən həm xəstəliyi yayır, həm də öz xəstəliklərinin ağırlaşmalarından xəbərsiz yaşayırlar.
İnsanlar Hepatit B olduğunuzdan şübhələnirsinizsə, test etdirərək öyrənə bilərsiniz.
Xəstəlikdən qorunmağın ən güvənli yolu isə Hepatit B əleyhinə vaksin olunmaqdır. Hal-hazırda doğulan bütün körpələrə doğum evində bu peyvəndin ilk dozası vurulur.