25 Yanvar 2022 20:08
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, marşrut və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib. Həmin sürücü və sərnişinlər barəsində qanunamüvafiq tədbirlər görülməklə yanaşı bir daha izah edilib ki, görülən bütün bu tədbirlər məhz onların və yaxınlarının sağlamlığının qorunmasından ötrüdür

Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin rejim qaydalarına nəzarətlə bağlı tədbirlər eyni zamanda mağaza, market və digər qapalı məkanlarda da həyata keçirilib. Ümumilikdə karantin rejimi qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər