20 Noyabr 2014 13:02
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il oktyabrın 20-dən noyabrın 20-dək elan edilən “Uşaq hüquqları aylığı” çərçivəsində Qarabağ Regional Uşaq Forumu keçirib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan forumun əsas məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasına kömək etmək idi.

Forumda Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Ağcabədi rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva, Rayon Polis İdarəsinin rəis müavini Yadigar Hüseynov və digər qonaqlar iştirak ediblər.

Forumu giriş sözü ilə açan Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova tədbirin əhəmiyyəti barədə çıxış edib. Tədbirdə iştirakçılara uşaq hüquqlarından bəhs edən qısametrajlı filmi təqdim olunub.

Digər çıxış edən natiqlər BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan normativ sənədlər və bu sahədə görülən işlər barədə danışıb, forumun vacibliyini qeyd ediblər.

Rəsmi hissəsinin yekununda Qarabağ Regional Uşaq Forumunun iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Sonra forum uşaqların hazırladığı musiqi, teatr, rəqs nömrələri ilə davam etdirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər