2 Fevral 2022 13:27
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Fevral Gənclər Günüdür. Ölkəmizdə 10 milyon 119 min əhalinin 2 milyon 305 mini 14-29 yaş arasında olan vətəndaşlarımızdır. 20-29 yaş arası gənclərin sayı isə 1 mlyon 560 min nəfərdir. Son illər gənclər ölkənin ictimai həyatında daha aktiv şəkildə iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, son təyinatlarda gənclərə üstünlük verilməsi onların idarəetmədə daha fəal iştirakından xəbər verir:

“Dayanıqlı inkişaf inklüzivliyi tələb edir. Bu baxımdan, gənclərin iqtisadi proseslərdə daha yaxından iştirakı inklüziv inkişafın güclənməsi aspektindən önəmlidir. Xüsusən də, gənc sahibkarların dəstəklənməsi və start-up yaradıcılara dövlət dəstəyinin artırılması prioritet hesab olunur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiya daha çox gənclərdən gəlir. Buna görə də, artıq yeni dönəmdə gənclərin məşğulluğu, gənclərin sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi daha da priortitet olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında gənclərimizin rolu əvəzsiz oldu.

Əminik ki, gənclərimiz region üçün yeni düzənin formalaşdığı bu mərhələdə də fəal şəkildə inkilüziv inkişafa dəstək olacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər