Fevralın 3-də avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, fevralın 3-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.