7 Fevral 2022 11:40
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi baş tutan prosesdə İlqar İsmayılovun vəkilləri - Nailə Eldarova və Gülnar Quluzadə çıxış ediblər.

Onlar İlqar İsmayılova qarşı sürülən ittihamın əsassız olduğunu deyiblər.

Vəkillər İlqar İsmayılovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra prosesdə elan edilib ki, növbəti iclasda İlqar İsmayılova son söz veriləcək.

Növbəti proses fevralın 14-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki iclasda İlqar İsmayılovun digər vəkilləri – İlhamə Həsənova və Rəşad Əliyev çıxış ediblər.

Vəkillər çıxışlarında İlqar İsmayılova qarşı irəli sürülmüş ittihamların sübuta yetirilmədiyini deyiblər. Onlar ittihamların sübuta yetirilməməsi ilə bağlı sənədləri də məhkəməyə təqdim ediblər.

Vəkillərin fikrincə, tədqiq olunmuş sənədlərlə İlqar İsmayılovun heç bir mənimsəməyə yol vermədiyi sübuta yetirilib. Hər iki vəkil İlqar İsmayılovun günahsız olduğunu deyiblər, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Qeyd edək ki, prokuror İlqar İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər