9 Fevral 2022 09:41
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.

Həmin şəxs Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızıdır. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdiriilir.

Xatırladaq ki, hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər