10 Fevral 2022 09:34
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinq 77 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

26 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər