12 Fevral 2022 14:41
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin Teleqraf.com-a verdiyi məlumata görə, nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək.

19 yaşlı idmançının özü bu gün Çinin paytaxtında olacaq.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Digər fiqurlu konkisürən Vladimir Litvintsev olimpiadanı 18-ci pillədə başa vurub. Ryabova fevralın 15-də qısa proqramda məharətini göstərəcək. O, "24-lüy"ə düşəcəyi təqdirdə fevralın 17-də sərbəst proqramda yarışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər