Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qaziyev dəfn olunub.
Bu barədə Teleqraf.com-a onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, rejissor bu gün günorta saatlarında Nardaran qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Qaziyev 1938-ci il mayın 17-də anadan olub. O, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
A.Qazıyev dünən axşam saatlarında 83 yaşında vəfat edib.
Onun ölüm səbəbi insult olub.