Üçüncü ixtisas qrupunda coğrafiya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, abituriyent imtahan verərkən nisbi balı nəzərə almamalıdır: "Sınaq imtahanları göstərir ki, üçüncü ixtisas qrupunda coğrafiya fənni üzrə imtahan verən abituriyentlərin balı tarix fənni ilə müqayisədə daha yüksəkdir. Bununla bağlı təhlili bazar ertəsi günü DİM-in saytına yerləşdirəcəyik".