1 Mart 2022 14:22
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada baş verən məlum müharibənin nəticəsində Oddessada əslən Kəlbəcər rayonundan olan Ukrayna vətəndaşlığı daşıyan soydaşlarımız dünyasını dəyişib. Bir neçə gün öncə 8 avtomobil karvanından ibarət bir-birlərinə qohum düşən həmvətənlərimiz Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıb. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını dəyişib.

Teleqraf.com-un məlumata görə, soydaşlarmızın yaxınları Gəncə şəhərində məskunlaşıb.

“Ölənlərdən ikisi qardaşımdır, biri qardaşım oğludur. Hardasa 20-22 ildir Oddesa şəhərində yaşayırlar, ikili vətəndaşlıqları var. Kuçurqan deyilən keçid məntəqəsinə 20-30 km məsafə qalanda hərbi formada olanlar silahlılar onları soyublar. Sonra o biri maşındakıları soymağa başlayıblar. Axırıncı maşına gələndə qardaşım oğlu qorxu içərisində olub. Orada olan meşəyə tərəf qaçıb. Bunu vurublar. Atası düşəndə bunu da öldürüblər. O, biri qardaşım da düşəndə onu da vurublar”- deyə dünyasını dəyişən həmvətənlərimizin qardaşı Qaçay İsmayılov bildirib.

Yaxınlarının öldürüldüyünü görən digər maşında olan həmvətənlərimiz oradan uzaqlaşmağa çalışıb. Bu zaman ərazidən uzaqlaşmaq istəyən avtomobillər atəşə tutulub. Nəticədə Qaragöz Tağıyeva, Ravin Tağıyev, Yazgül Tağıyeva və Süleyman İsmayılov ağır güllə yarası alıb. Müsahibimiz deyir ki, yaralılarla bağlı onlara hələ də dəqiq məlumat verən yoxdur.

“Biri deyir xəstəxanadadır, biri deyir evdədir, digəri deyir meşədə qaldılar. Dəqiq məlumat almaq olmur.”

Artıq dünyasını dəşiyən həmvətənlərimizin Gəncə şəhərində yaşayan yaxınları Kiyevdəki səfirliyimizə və Xarici İçlər Nazirliyinə məlumat verib. Cavabda bildirilib ki, məsələ nəzarətə götürülüb və ölən həmvətənlərimizin nəşi, eyni zamanda yaralıların vətənə gətirilməsi istiqamətində lazımi köməklik göstəriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər