4 Mart 2022 16:15
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində qədim dillərdən olan sankskrit dilinin tədrisi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə rektor akademik Kamal Abdulla, universitetin tələbə və müəllim heyəti iştirak edib.

Rektor Kamal Abdulla bildirib ki, filologiya istiqamətində klassik dillərin öyrənilməsi sahəsində boşluq daha çox hiss olunub. Onun sözlərinə görə, klassik dillərin öyrənilməsinin böyük əhəmiyyəti var: "Klassik dillərdən söz açarkən latın, qədim pəhləvi, sanskrit dillərini nəzərdə tuturam. Bu dillər müəyyən vaxtda yüksək dairələrin dilini təmsil edib. Ona görə də onların öyrənilməsi eramızın ilk yüz iliklərində çox ciddi şəkildə nəzərə çarpırdı. Bu gün bu dillərin öyrənilməsi olmadan konkret praktik dillərin öyrənilməsi tam şəkildə uğurlu sayıla bilməz".

Bu gündən sanskrit dilinin tədrisinə başlandığını qeyd edən Kamal Abdulla bildirib ki, universitet qədim dillər arasında təkcə bu dilin tədrisi ilə kifayətlənməyəcək: "Bu dillər Avropa-Asiya mədəniyyətlərin öyrənilməsinə kömək edəcək. Sanskrit qədim hind mədəniyyətinin öyrənilməsi deməkdir. Söhbət bu dilin özü ilə gətirdiyi mədəniyyətin öyrənilməsindən gedir. Yaxın zamanda latın dilini də öyrənməyə başlayacağıq. Biz bunları qarşımıza məqsəd kimi qoymuşuq".

Sanskrit dilini universitetdə macar əssilli mütəxəssis Anna Piko tərəfindən tədris olunacaq.

Qeyd edək ki, audiotoriyada ilk dəfə tədris olunan sanskrit dili dərslərində təkcə tələbələr yox, həm də xarici ədəbiyyat kafedralarının müəllimləri iştirak edirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər