Məşhur britaniyalı psixoloq Pol Teylor həyəcan və narahatlıq hissini aradan qaldırmağın və idarə etməyin üç metodunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onun məsləhətini “Yahoo Life” dərc edib.
Mütəxəssis bildirib ki, stress hormonları həm real, həm də xəyali həyəcan vəziyyətlərində istehsal olunur. O, fiziki məşqlərdən istifadə etmək texnikasını məsləhət görüb. “Mübarizə və ya qaçış zamanı stress hormonlarını yandırırıq. 30 saniyəlik güclü fiziki fəaliyyət - məsələn, yerində qaçmaq və sonra bir-iki dəqiqə yavaş nəfəs almaq həyəcanverici bir vəziyyətdə kömək edə bilər”, - deyə Teylor bildirib.
Psixoloq uzunmüddətli həyəcanı azaltmaq üçün özünüzü yavaş-yavaş stresli vəziyyətlərə məruz qoymağı məsləhət görüb, lakin qeyd edib ki, bunu əvvəlki stresdən xilasetmə texnikasından istifadə edərək edin. Teylor onu da əlavə edib ki, bir narahatlıq yaradan fenomenlə oxşar məşq digər qorxularla daha asan mübarizə aparmağa kömək edəcək, çünki bədənin müxtəlif stresli vəziyyətlərə reaksiyası eynidir.
Stress və narahatlıqla uzunmüddətli mübarizədə kömək edə biləcək başqa bir üsul isə özünü soyuq su ilə müalicə etməkdir. O, duşdan sonra temperaturun qəfil dəyişməsinin orqanizm üçün ciddi stress ola biləcəyinə baxmayaraq, 30 saniyə soyuq su ilə yuyunmağı və sakit nəfəs almağa çalışmağı təklif edib.