Azərbaycanla "bir millət, iki dövlət" anlayışına sahib olduğu üçün "Ethnosport" Forumunu Bakıda keçirən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan 9 qat Dünya, 3 qat Avropa çempionu, Muay- Tay və Tayboksinq federasiyalarının vitse-prezidenti Araz Musayevlə görüşdü.
Teleqraf.com xəbər verir ki, türklük, idman və ölkələrimizin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yürütdükləri müdrik siyasət barədə söhbətdən sonra Bilal Ərdoğan "Pəhləvan, gəl səninlə özəl foto çəkdirək" deyə Araz Musayevlə şəkil çəkdirdi və bu görüşdən məmnun qaldığını bildirdi.