“Bakcell” işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq. Bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü keçəcək.
Bu barədə Teleqraf.com-a mobil operatordan məlumat verilib.
Hazırda Bakcell şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.
Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.