10 Mart 2022 14:00
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəni İnkişaf və Dialoq İctimai Birliyi 10 mart 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə “Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində seminar-treninq keçirmişdir. Seminarda universitetin tələbə və müəllim heyəti iştirak edib.

Seminarın əsas məqsədi 44 günlük Vətən müharibəsində Zəfər çalmış ölkəmizdə azərbaycançılıq işığının xalq-dövlət-ordu birliyi vəhdəti haqda məruzələr etməklə yanaşı, Zəfəri Yolunun hədəfləri, ərazi bütövlüynün bərpası kimi məsələlərlə bağlı məlumat vermək olub. Eyni zamanda mədəni-ictimai-ideoloji işdə vətəndaş cəmiyyətinin də rolunun vacibliyini maarifləndirmə, seminar–treninqlər yolu ilə, respondentlərə izah edərək çatdırmaq idi.

Seminarı qısa giriş sözü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar Təşkilatının sədi Bayram Aslan açaraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib.

İlk olaraq məruzəçi professor Rəna Mirzəzadə “Zəfər Yolunun hədəfləri” mövzusunda çıxış edib.

Daha sonra ikinci mühazirəçi fəlsəfə doktoru Hüseyn İbrahimov “Azərbaycançılıq birliyinin 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri ” mövzusunda çıxış edib.

Hər iki mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanıb. Bu mövzular ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.

Yekunda Bayram Aslan maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Universitetin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər