14 Mart 2022 23:13
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda 21 nümayəndə, eyni zamanda, Gənclər və İdman Nazirliyini təmsil edən Oruc Məmmədli iştirak edib.

Konfransda son üç ildə federasiyanın fəaliyyəti, gələcək yarışlar barədə müzakirələr aparıldı. Sonra təşkilati məsələyə baxılıb. Federasiyanın prezidenti Azər Həsənsoy çıxış edərək istefa verdiyini bildirdi. Təklif olundu ki, federasiyanın vitse-prezidenti Araz Musayev federasiyanın prezidenti, Dünya çempionu Vüqar Qasımov vitse-prezident seçilsin. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

Araz Musayev çıxış edərək göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını çatdırdı və Gənclər və idman naziri cənab Fərid Qayıbovun idmançılara diqqət və qayğısına cavab olaraq idmanın Muay- Tay və Tayboksinq növlərində uğurlar əldə ediləcəyinə çalışacaqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər