15 Mart 2022 09:40
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Teleqraf.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Pərviz Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Əlibabayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 525 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğuna görə Biləsuvar rayon sakini İlham Mahmudov saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər