Poldəşt sərhəd keçid məntəqəsi Naxçıvan MR ilə həmsərhəd olduğu üçün bizim üçün çox önəmlidir və elə buna görə, bu keçid məntəqəsinin sutkalıq fəaliyyət etməsi üçün danışıqlar aparırıq. Teleqraf.com-un məlumatına görə, bu sözləri İranda səfərdə olan Azərbaycanlı jurnalistlərə Maku Azad Ticarət Zonasının sədri Hüseyn Fruzan deyib.
H.Fruzan bildirib: "Çalışırıq ki, Poldəşt sərhəd keçid məntəqəsini daha da aktiv keçid məntəqəsinə çevirək. “10 gün öncə Naxçıvan MR məsul şəxsləri ilə görüşümüz oldu və qərara gəldik ki, Poldəşt sərhəd keçid məntəqəsinin fəaliyyətini sutkalıq edək. Razılaşdıq ki, gediş-gəlişlərdə prosedurlar sadələşdirilsin. Son vaxtlar İran vətəndaşları üçün Naxçıavan MR –ə gediş 10 avro ya qədər endirilib. Bu iki ölkənin əlaqələrinin inkişafına təkan verəcək”.
Maku Azad Ticarət zonasının potensiallarından danışan H.Fruzan Azərbaycan və Türkiyə investorlarını bu zonada sərmayə yatırmağa dəvət edib. “Onların bu azad zonada investisiya yatırması İranın və Azərbaycan xalqlarının xeyrinədir. Maku Azad Ticarət zonasında sərmayə yatırmaq üçün əlverişli şərait var, enerji qiymətləri çox aşağıdı, işçi qüvvənin məvacib xərcləri azdır. Zonada istehsal olunan məhsullara ixrac olunarkən gömrük xərcləri tətbiq olunmur. Geyim, mebel və s. bu kimi məhsullar istehsal olunur. 20 il vergidən azad olunur”.
H.Fruzan Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsində müştərək ticarət zonasının yaradılmasını da təklif edib. “Əgər Azərbaycan tərəfi də razı olsa Poldəştdə müştərək ticarət zonasının yaradılmasına hazırıq.Yaxın iki ay ərzində Naxçıvan MR-in iqtisad naziri Maku Azad Ticarət Zonasına baxış keçirəcək. Bu səfərdən sonra ümid edirəm ki, iki ölkə vətəndaşlarıı üçün birgə iş imkankarı daha da artacaq”.
H.Fruzan deyib ki, Azərbaycan, Türkiyə, İran çox qədim dövrdən bir-birləri illə müxtəlif sahələrdə münasibətləri olub. “Ümid edirəm bu üç ölkənin əlaqələri hər gün inkişaf edəcək və onlar bir-birlərinin imkanlarından istifadə edərək xalqların inkişaf və rifahına yardım edəcəklər”.
Qeyd edək ki, Maku azad ticarət zonası 2 ildir ki, təsis olub. İranda azad zona kimi fəaliyyətə başlayan yeddinci zonadır. Maku azad ticarət zonasının ümumi sahəsi 5 min kvadrat metrdir. Azad zona Maku, Poldəşt, Bazarqan və Şot şəhərlərini özündə birləşdirir. Azad zonaının inkişaf etdirilməsi üçün lazım olan infrastruktur hazırlanır. Zonada hava limanı tikilib və altı aydan sonra istifadəyə veriləcək. Yol infrastrukturu yaxşılaşdırılırılır, sənaye müəssisələrinin tikilməsi üçün ərazi ayrılıb.
Zonada hazırda 30 sənaye müəssisəsi faəliyyət göstərir . Onlar neft kimyə məhsulalrının istehsalı, diş protezləri istehsalı zavodu, Plastik qapı və pəncərə sistemləri və mebel istehsalı sahəsində çalışırlar.