Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti və tələbələrini Bahar bayramı münasibəti ilə təbrik edib.
Şəhidlərimizin və yenilməz Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində ərazi bütövlüyü təmin olunmuş ölkə kimi bayram keçirməyin xüsusi əhəmiyyətindən danışan rektor, professor Mustafa Babanlı bu gün Novruz bayramının bütün Azərbaycan torpaqlarında qeyd olunduğunu deyib.
Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu xatırladan rektor baharın gəlişi münasibətilə universitetin çoxminli tələbə-müəllim kollektivinə, o cümlədən bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzu edib.
Sonda unversitetin həyətində bayram tonqalı yandırılıb.