Son bir həftə ərzində dünyada koronavirusa 12 milyon yoluxma qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 7 faiz çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bu müddət ərzində 32 min nəfərin ölümü qeydə alınıb. ÜST bildirir ki, yoluxma sayından fərqli olaraq ölüm hallarının sayında azalma müşahidə olunub.
Qeyd edək ki, ÜST-ün Avropa regional bürosu koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına görə bir sıra ölkələrin tələsdiyini bildirmişdi.
Büronun məlumatına görə, hazırda Avropanın 18 ölkəsində yoluxma sayında artım qeydə alınır.