26 Noyabr 2014 16:54
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bu ilin ötən dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha da gücləndirildiyini deyib:

“Eyni zamanda, 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatınının həyata keçirilməsi, nəqliyyat vasitəsinə tibbi göstərişin təyin olunması üçün müraciətlərin sayının da artmasına səbəb olub. Bununla belə, bu sahədə qanunvericiliyin tələblərinə ciddi riayət olunub və müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib.

Natiq Məmmədov əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması sahəsində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, son aylarda Bakının Binəqədi rayonu üzrə 6 saylı , Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları üzrə 9 saylı, Gəncə şəhəri üzrə 25 saylı, Cəlilabad və Biləsuvar rayonları üzrə 30 saylı, Masallı və Yardımlı rayonları üzrə 31 saylı, Lənkəran, Astara, Lerik rayonları üzrə 32 saylı TSEK-ləri üçün müasir tələblərə uyğun iş şəraiti yaradılıb. Həmin TSEK-lər həmçinin əlillik müayinələrinin aparılması üçün müasir tibbi cihazlarla və məişət avadanlıqları ilə təmin ediliblər. Nazirliyin bütün regionlar üzrə TSEK-lərində belə şəraitin yaradılması üçün müvafiq işlər davam etdirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər