4 May 2022 12:55
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaq bağçalarında əsasən fokuslandığımız məsələ uşaqların və işçilərin davamiyyətidir".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi açıqlamasında bildirib.

O, hesab edir ki, bu baxımdan nəticələr qənaətbəxşdir: "Amma bağçalar arasında problemli müəssislər də var. Çalışırıq ki, uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi toplayaq. Sistemdə nə qədər uşaq, nə qədər müəllimin olduğunu bilmirik. Buna görə də vakansiyaların açılması, uşaqların bağçaya qəbulu mürəkkəbləşir.

İnanıram ki, yaxın 2-3 ay ərzində bu proses bitəcək və ümumtəhsil sistemində işə qəbul və uşaq qəbulu şəffaflaşacaq, asanlaşacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər