“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası mayın 6-sı saat 11:00-da başlayacaq.
Teleqraf.com xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Həm cari ilin dörd ayı, həm də aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.