“Seyfulla Əzimov ətraflı şəkildə hesabatı təqdim etdi. Hesab edirəm ki, sənədi müsbət qiymətləndirmək olar. Sənəddən görünür ki, Milli Koordinator və aidiyyətli qurumlar insan alverinə qarşı mübarizədə sistemli iş aparıb. Sözsüz ki, bu sahə daima iş aparmağı təklif edir. Mən Seyfulla Əzimovun rəhbərlik etdiyi institutun qeyri hökumət təşkilatları ilə sıx əməkdaşlığını müsbət qiymətləndirirəm”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Azay Quliyev deyib.
O, eyni zamanda ABŞ Dövlət Departamentinin və digər qurumların hesabatında Azərbaycanın bu istiqamətdə ikinci sıradan göstərilməsini ədalətli olmadığını qeyd edib:
“Bu, təəssüf hissi yaradır, amma müsbət haldır ki, bununla bağlı Daxili İşlər Nazirliyi yüksək səviyyədə iş aparır”.
A.Quliyev bildirib ki, insan alveri ilə əlaqədar olaraq ənənəvi üsullarla yanaşı yeni üsullardan da istifadə olunur: “Məsələn, internet üzərində xaricdə işə düzəldilmə. Eləcə də evlilik təklifləri və s.Məncə, gələcəkdə bu istiqamətlərə də diqqət etməliyik”.