Parament “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihə ətrafında komitə sədri Musa Quliyev məlumat verib.
O deyib ki, “Əmək pensiya haqqında” Qanunda 10 maddə üzrə 42 dəyişik edilir:
“Birinci oxunuşda layihəni dəstəkləyən həmkarlarıma minnətdarlıq edirəm. Birinci oxunuşda müzakirə zamanı ətraflı məlumat verilib. Layihə ətrafında mübahisə və fikir ayrılığı olmadığını, əlavə təkliflər irəli sürülmədiyini, mətndə dəyişiklik olmadığını, təkmilləşdirmə xarakterində olduğunu nəzərə alaraq vaxtınızı çox almaq istəmirəm. Qeyd edim ki, bu dəyişikliklərin qəbulu sığorta prinsipinin gücləndirilməsinə və 17-20 min insanın asan şəkildə pensiyaya çıxmasına, pensiyaların artırılmasını asanlaşdıracaq”.
Komitə sədri qeyd edib ki, “Sosial müavinətlər haqqında” Qanunun layihəsinin5 və 7-ci maddəyə edilən dəyişikliklər uyğunlaşdırma məqsədi daşıyır.