Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Fəlsəfə və Hüquq İnstitutununictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, boş yerlər Etika, Sosiologiya və sosial psixologiya, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri, Fəlsəfə və ictimai fikir tarixi şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1 yerdir.
Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
NİGAR