18 May 2022 17:28
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Anatolian Phoenix - 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib.

Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.


Müəllif: Teleqraf.com