Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə Teleqraf.com-a Vəkillər Kollegiyasında bildirilib.
Bununla bağlı Vəkillər Kollegiyası qeyd etmək istəyir ki, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.
Həmçinin Vəkillər Kollegiyası qeyd etmək istəyir ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.
"Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik" - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülməsi barədə məlumat yayıılıb.