"Bizə tapşırıq verilib ki, Azərbaycan Kino Agentliyinin həm nizamnaməsini, həm də struktur layihəsini hazırlayaq. Agentliyin yaradılması çox mühüm hadisədir".
Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Hesab edirəm ki, bu, kinomuzun inkişafı və bu sahəyə investisiyaların artırılması baxımından çox önəmli addımdır. Əminəm ki, Kino Agentliyi Azərbaycan kinosunun yeni mərhələyə qaldırılmasına töhfə verəcək", - nazir bildirib.