21 May 2022 15:15
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın isinməsi özü ilə birlikdə bir sıra xəstəlikləri də gətirir. Bu xəstəliklərdən qorunmaq üçün isə mütləq şəkildə qidalanma rejiminə diqqət etmək lazımdır.

Teleqraf.com xəbər verir ki, yay aylarında xüsusilə meyvə-tərəvəz istehlakına üstünlük vermək lazımdır. İsti hava səbəbilə bədən çox maye itirdiyi üçün gün ərzində 2-2,5 litr su içilməlidir.

Ət məhsulları, süd məhsulları, taxıl məhsulları, tərəvəz-meyvə çeşidlərindən balanslı şəkildə istifadə etməklə yay fəslində sağlam qidalana bilərsiniz.

Bir çoxları yayda yemək yeməməyə üstünlük versə də, uzun müddət ac qalmaq maddələr mübadiləsinin yavaş işləməsinə səbəb olur. Buna görə də 3-4 saat fasilə ilə gündə 3 dəfə qidalanmaq tövsiyə olunur.

Yay aylarında həddindən artıq yağlı, yüksək duzlu qızartma və qovurma kimi qidalardan qaçmaq lazımdır. Bu qidalar qaynadılmış, manqalda və ya sobada bişmiş qidalarla əvəzləmək daha faydalı olar.
Həddindən artıq şəkərli içkilər susuzluğu artırır. Mineral su, şəkərsiz kompot, limonad kimi təbii içkilərə üstünlük verə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər