Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, iclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.
Komitə sədri Tahir Mirkişili sənəd barədə iştirakçılara məlumat verib.