25 May 2022 16:38
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 290, bu günə qədər isə ümumilikdə 6 880 431 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər